RU

Yaponiya müdafiə qabiliyyətini gücləndirəcək

Yaponiya 2025-ci ildə özünün müdafiə qabiliyyətinin artırılmasına və Birləşmiş Ştatlarla ittifaqın möhkəmlənməsinə xüsusi diqqət yetirəcək.

Herbiand.az xəbər verir ki, Yaponiyanın Baş naziri Şiqeru İşiba bunu Yeni il münasibətilə keçirdiyi mətbuat konfransında deyib.

“Ölkəmizin müdafiə qabiliyyəti heç kimin bizə qarşı müharibəyə başlamaması üçün çəkindirici qüvvədir”, - deyə Baş nazir bildirib.

O, həmçinin Yaponiyanın təkcə “öz imkanlarını artırmaqla” kifayətlənməyəcəyini, həmçinin ABŞ-la ittifaqı gücləndirəcəyini və regionda tərəfdaşlıq şəbəkəsini dərinləşdirəcəyini qeyd edib.

Şiqeru İşiba seçki kampaniyası zamanı regionda “Asiya NATO-su” və kollektiv təhlükəsizlik sisteminin qurulmasının tərəfdarı olduğunu da vurğulayıb. O, “Hudson” institutu üçün yazdığı məqalədə ABŞ-ın nüvə raketlərinin Asiya regionunda yerləşdirilməsini və bu silahlara “birgə sahiblik” təklif edib. Hazırda Yaponiyanın hakim Liberal Demokrat Partiyasında “Asiya NATO-su” ideyası rəsmən müzakirə olunur və bu məqsədlə sabiq müdafiə naziri İtsunori Onoderanın sədrliyi ilə xüsusi partiya komitəsi yaradılıb.

Избранный
28
1
herbiand.az

2Источники