Bununla bağlı iqtisadçı ekspert Natiq Cəfərli Metbuat.az-a açıqlamasında bildirib ki, qazın və işığın qiymətinin artması daha çox xırda sahibkarlara təsir göstərəcək:
“Qiymət artımının özü çox böyük olmasa da, xırda istehsalçılar və yaxud xidmət sahələrində çalışanlara daha çox təsir göstərəcək. Nəticə etibarilə bunun psixoloji təsiri də olur. Yəni işığın, qazın, suyun qiyməti cüzi artsa da, istər-istəməz bütün sahələrdə qiymət artımına təsir edə biləcək, onu sürətləndirəcək amilə çevrilir”. İqtisadçı qeyd edib ki, yeni qiymətlər kiçik sahibkarlara, məsələn, ev təsərrüfatlarında hansısa bir sahə ilə məşğul olanlara, xüsusilə istilikxana məhsullarının qiymətinin artmasına təsir göstərəcək. Qeyd edək ki, qiymət artımı ilə bağlı bu qərar 2 yanvar tarixindən qüvvəyə minib.
Sevinc İbrahimzadə / Metbuat.az