Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada iordaniyalı həmkarı Ayman Safad ilə görüşüb.
Missiya.Az “STAR”a istinadən xəbər verir ki, görüşdə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın da iştirak edib.
Bildirilir ki, görüş zamanı İsrailin Fələstinə hücumları, Qəzzada qalıcı atəşkəs üçün atılacaq addımlar və Suriyadakı son vəziyyət müzakirə olunacaq.
Qeyd olunub ki, bundan əlavə, Qəzzaya humanitar yardımın fasiləsiz çatdırılmasını təmin etmək üçün əməkdaşlıq imkanları barədə də fikir mübadiləsi aparılacaq.
Daşqın HəsənovMissiya.Az