RU

"Neftçi" onu da göndərir - YERİNƏ GƏLƏNLƏR

Mövsümün ilk yarısını uğursuz başa vuran “Neftçi” transfer çalışmalarına start verib.

Apasport.az saytının əldə etdiyi məlumata görə, Samir Abasov artıq islahatlara başlayıb.

Demək olar ki, mütəxəssis komandanın əsas problemini tapıb. “Ağ-qaralar” hələ ötən mövsümdən sağ cinahdan əziyyət çəkir. “Neftçi”nin nə sağ cinah vingeri var, nə də sağ cinah müdafiəçisi.

Abasov da transfer planlamasını da məhz buna uyğun qurub. O, çıxışından narazı olduğu Andrey Ştoqrinlə yolları ayırmağa qərar verib.

Əvəzində sağ cinaha iki oyunçunun - 1 vinger və 1 müdafiəçinin alınmasını istəyib. Ştoqrinin isə yaxın günlərdə “Neftçi”dən göndərilməsi gözlənilir.

Qeyd edək ki, Andrey “ağ-qaralar”a ötən yay Roman Qriqorçukun sifarişi ilə transfer olunub.

Branimir Subaşiç: "Neftçi" Azərbaycanda bir nömrəli klub olmalıdır"

“Araz-Naxçıvan” məşqləri bərpa edib

Coşqunlu “Bandırmaspor” məğlub oldu

"Neftçi" legioneri ilə yollarını ayırdı - RƏSMİ

Renat oynadı, komandası qələbə qazandı

Избранный
38
apasport.az

1Источники