RU

Zelenski: “Budapeşt Memorandumunu imzalayanlar həbs edilməlidir”

Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı bloqçu Leks Fridmana üç saatlıq müsahibəsində Qərb dövlətləri ilə bağlı bir sıra tənqidi açıqlamalar verib. 

“Cebheinfo.az”-ın məlumatına görə, Zelenski 1994-cü ildə Rusiyanın iştirakı ilə Budapeşt Memorandumunu imzalayan, Ukraynanın ərazi bütövlüyünün zəmanətçisi kimi çıxış edən ən böyük dünya dövlətlərini, xüsusilə ABŞ və Böyük Britaniyanı tənqid edib. Sözün əsl mənasında, o, həmin dövlətləri Ukraynaya məhəl qoymamaqda ittiham edib. 

“İndi başa düşürük ki, bunlar heç bir təhlükəsizlik zəmanəti deyil. Bunu fikirləşən bütün bu adamları tapıb, sadəcə olaraq həbsə atmaq lazım idi... Donbas və Krımın bir hissəsi işğal edildikdən sonra Ukrayna təhlükəsizliyinin bütün təminatçılarına, Budapeşt Memorandumunun bütün üzvlərinə üç dəfə rəsmi məktublar göndərib... Bu məktublara cavab verən varmı? Yox. Niyə? Çünki məhəl qoymadılar”,- Zelenski belə deyib. 

Bu gündən danışan Zelenski deyib ki, indi Ukraynaya müharibəni bitirmək üçün təhlükəsizlik zəmanəti təkcə kağız üzərində deyil və onlar Rusiyaya qarşı real hərbi çəkindirmədən ibarət olmalıdır. 

Ukrayna Prezidenti bildirib ki, o, ABŞ-nin bu yaxınlarda seçilmiş dövlət başçısı Donald Trampla Budapeşt Memorandumu barədə danışıb. 

“Biz bu söhbəti hələ bitirməmişik, davam etdirəcəyik”, - deyən Zelenski əlavə edib ki, onun fikrincə, Putin Trampdan qorxur və hazırda Rusiya rəhbərliyinin məqsədi Ukrayna ərazisinin işğalına son qoymağı Amerika Prezidenti ilə mübahisələndirməkdir. Zelenski, həmçinin ABŞ Prezidenti Co Baydenin administrasiyasını tənqid edib və deyib ki, Rusiya qoşunlarının işğalı zamanı Ukraynaya faktiki olaraq lazımi hərbi yardım göstərməyib. Ukrayna lideri sözün əsl mənasında belə deyib: 

“Biz kömək almamışıq. Amma bu sözlərin kömək olduğunu düşünsək, o halda çox şey almışıq. Çünki sözlər çox idi, hətta həddindən artıq çox idi”. Rusiya ilə atəşkəs danışıqlarının şərtləri ilə bağlı sualları cavablandıran Zelenski Vladimir Putini “kar” adlandırıb və onunla yalnız güc mövqeyindən danışmaq lazım olduğunu vurğulayıb. 

O, Amerika isteblişmentini Ukrayna və Putin arasında dostluq etməyə cəhddə ittiham edib. “Hər kəsə elə gəlir ki, ah, indi biz onlarla dostluq edəcəyik... Nəyə görə dostluq etməliyik? Putin sadəcə, fərqlidir. Qarşınızda bir mamont dayanıb”, -deyə Zelenski bildirib. 

Избранный
50
50
cebheinfo.az

10Источники