RU

Klaudio Ranyeri ilkə imza atdı, derbidəki zəfəri şərh etdi

“Roma”nın baş məşqçisi Klaudio Ranyeri İtaliya A Seriyasının 19-cu turunda “Latsio”ya qarşı keçirdikləri ev oyunundann sonra fikrini paylaşıb.

Arena.az məlumat verir ki, “canavarlar” Romanın “Olimpiko” stadionunda paytaxt derbisi çərçivəsində qəbul etdikləri “qartallar”ı 2:0 hesabı ilə məğlub ediblər.

“Mən komandaya gələndə – həmişə çətin, fəsadlı vəziyyətlərdə mənə zəng edirlər – mən də dəbilqəmi başıma qoyub gedirəm. Həmişə olduğu kimi işə başlayıram, sakitlik və nəsə etmək istəyi aşılamağa çalışıram. Özümə qarşı tələbkar olduğum üçün futbolçularımın da özlərinə tələbkar olmasını istəyirəm. Sonra isə komandaya dünya çempionlarını salmaq mənə məntiqli göründü: hamının özünəinamını qaytarmağa və özünəqiymətini bərpa etməyə çalışdım. Çünki müvafiq vəziyyətlərə düşəndə, topu tutub-saxlaya bilməmək, diqqətdən kənarda qalmaq qorxusu yüksək olur, amma burada, “Roma”da bu uşaqların keyfiyyəti çox yüksəkdir. Ancaq burada, biz bu sağlam əzmi və nəticə əldə etmək istəyini “mövsümlətməliyik”, deyə təcrübəli mütəxəssis vurğulayıb.

Yeri gəlmişkən qeyd edək ki, “Latsio” ilə oyundakı qələbə Klaudio Ranyeri üçün əlamətdar olub. 73 yaşlı italyan mütəxəssis tarixdə “Roma”nın baş məşqçisi qismində “Latsio” ilə Roma derbilərinin ilk beşində qalib gəlmiş ilk məşqçi olub.

Klaudio Ranyeri 2009-2011-ci illərdə və 2019-cu ilin mart-iyun ayları aralığında “canavarlar”ın baş məşqçisi vəzifəsində çalışıb. Qocaman mütəxəssis “canavarlar” üçün çox çərin bir məqamda yenidən “Roma”nın sükanı arxasında fəaliyyətə razılq verib. Ranyeri cari mövsümün sonuna qədər “Roma”nı çalışdıracaq.

19 oyundan 23 xalla “Roma” İtaliya A Seriyasının yarış cədvəlinin 10-cu pilləsində qərarlaşıb. “Latiso” isə 35 xalla 4-cü pillədədir.

İtaliya A Seriyasına 44 xalla “Napoli” başçılıq edir. 17 oyundan 40 xalla 3-cü pillədə qərarlaşmış “İnter” isə mümkün lider qismindədir.

Избранный
56
arena.az

1Источники