RU

“Rus xalqı Zelenskiyə nifrət edir” - Medvedev

“Ukrayna Prezidenti Volodimir Zelenski bütün Rusiya xalqı tərəfindən nifrətlə qarşılanır”.

Missiya.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“Xalqımız üçün Ukraynanın indiki qeyri-qanuni liderindən şəxsi qisas almaq onun vəzifədən kənarlaşdırılmasından sonra bitməməlidir”, - deyə siyasətçi vurğulayıb.

Medvedev bildirib ki, Zelenski Rusiya xalqına hörmətsizliklə bağlı sözləri ilə müharibə edən ölkələr arasında standart siyasi dürüstlük qaydalarını pozub.

Qeyd edək ki, Zelenski nə Rusiya Prezidenti Vladimir Putinə, nə də rus xalqına hörmət etmədiyini bəyan edib.

 

Daşqın HəsənovMissiya.Az

Избранный
71
missiya.az

1Источники