“Bu gün Çində mikoplazma pnevmaniyası, metapnevmovirus və Rinavirus geniş yayıldığı haqqında rəsmi məlumat ortadadır. Çinlə ticarət əlaqələri olan Türkiyə, Azərbaycan, Orta Asiya ölkələr və s. kimi ölkələrdə bu infeksiyanın yayılması real görünür”.
Bu sözləri Demokrat.az-a açıqlamasında professor, tibb elmlər doktoru Adil Qeybulla bildirib.
O qeyd edib ki, Azərbaycanda da uşaqlar arasında xəstəlik halları çox yayılıb:
![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2024/4/24/1/5e168776-2472-431f-8d55-09697264253f/adil_qeybulla.jpg)
“Bunun metapnevmovirus olub-olmaması ilə bağlı birmənalı rəy yoxdur. Düşünürəm ki, mümkündür. Metapnevmovirus insan üçün ağır gedişə malikdir. Onlar yuxarı tənəffüs yolları soyuqdəymə xəstəlikləri kimi başlayır. Öskürmə, titrətmə, burun tutulması, boğaz ağrıması kimi hallarla başlayır. Getdikcə ağırlaşaraq pnevmaniya orqan çatışmazlığından, kəskin respirator çatışmazlığa səbəb ola bilər. Düşünürəm ki, xəstəliyin müalicəsi ilə bağlı maarifləndirmə tədbirlərinə diqqət yetirmək lazımdır. İnsanlar bu xəstəliyə yoluxanda ev şəraitində özbaşına dərmanlardan, antibiotiklərdən istifadə etməməli, həkim nəzarəti altında olmalıdır. Bütün bunlara riayət etmək lazımdır. Təəssüflər olsun ki, pandemiyadan öncə də biz qrip infeksiyalarına ayaqüstü keçirməyə alışmışıq. Amma bilmək lazımdır ki, insan immun sistemi artıq zəifləyib. Bu səbəblə onun törətdiyi fəsadlar daha çox ola bilər”.
Leyla
Demokrat.az