Hindistanın Nazirlər Kabinetinin Təhlükəsizlik Komitəsi yaxın həftələrdə Fransadan 26 Rafale dəniz gəmisi döyüş təyyarəsi almaq və birgə üç Scorpene sinifli sualtı qayıq tikmək təklifini nəzərdən keçirməyi planlaşdırır.
Editor.az bu barədə “The Hindu”a istinadla xəbər verir. Əməliyyat məbləğinin on milyard dollardan çox olduğu qeyd edilib. “İki razılaşmanın yaxın bir neçə həftə ərzində təsdiq olunmaq üçün Nazirlər Kabinetinin Təhlükəsizlik Komitəsinə təqdim edilməsi gözlənilir”, – qəzetin mənbələri bildirib.
Hindistanın baş naziri Narendra Modi fevralda Parisə səfər etməyi planlaşdırır. Dekabr ayında ABŞ Dövlət Departamenti Hindistana 1 milyard dollarlıq helikopter avadanlığının satışını təsdiqləyib. Sənəddə bildirilir ki, Hindistan rəsmiləri əvvəllər Vaşinqtondan vertolyotlar üçün rabitə sistemləri, döyüş sursatları, müxtəlif ehtiyat hissələri və digər avadanlıqlar almağı planlaşdırıblar.
//Gülnarə Abasova, Editor.az