RU

ADY bayram günlərində bölgələrə 22 əlavə reys təyin edib

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Yeni il tətilindəsərnişinlərin təhlükəsiz, vaxtında və rahat səyahətinin təminedilməsi üçün 30 dekabr – 5 yanvar tarixlərində gücləndirilmiş işrejimində fəaliyyət göstərib.

Trend xəbər verir ki, bu barədə səhmdarcəmiyyət məlumat yayıb.

Qeyd edilib ki, qeyri-iş günlərində ADY qatarları Abşerondairəvi dəmir yolu və rayonlararası istiqamətlər üzrə ümumilikdə 73885 nəfər sərnişinə xidmət göstərib.

"Bayram günlərində artan sərnişin tələbatı nəzərə alınaraq,Bakı–Qəbələ–Bakı marşrutu üzrə 8 əlavə reys təyin olunub və 2239nəfər sərnişin mənzil başına çatdırılıb.

Həmçinin, gündəlik qrafik əsasında fəaliyyət göstərənBakı–Ağstafa–Bakı marşrutu üzrə sərnişin tələbatının təmin olunmasıməqsədilə hər iki istiqamətdə ümumilikdə 14 əlavə reys təyin olunubvə bayram günlərində müvafiq marşrutla 10 416 nəfər sərnişindaşınıb.

Bundan başqa, ADY yanvarın 3-dən etibarən Bakı–Balakən–Bakımarşrutu ilə gecə qatarlarının hərəkətini bərpa edib. Buistiqamətdə ilk qatarın doluluq səviyyəsinin 90 faizdən çox olmasıhəmin xətt üzrə sərnişindaşımaya yüksək tələbatın olduğunugöstərir. 3, 4 və 5 yanvar tarixlərində bu marşrut üzrə 578 nəfərsərnişinə xidmət göstərilib.

Ümumilikdə tətil günlərində ADY qatarları ilə rayonlararasıistiqamətlər üzrə xidmət göstərilən 13 233 nəfər sərnişindən 5686nəfəri əlavə təyin edilmiş 22 reyslə daşınıb.

Qeyd edək ki, 2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSCtərəfindən 8,5 milyon sərnişinə səyahət xidmətləri təqdim edilib.Ardıcıl ikinci ildir ki, ADY xidmət göstərdiyi sərnişinlərin sayınırekord səviyyəyə çatdırıb, belə ki, 2023-cü ildə 7 milyondan çoxsərnişin daşınmışdı. 2024-cü ildə həftəiçi bəzi günlərdə sərnişinsayı 37 minə qədər yüksəlib. 2023-cü ildə bu göstərici 30 min idi",- QSC-dən bildirilib.

Məqalədə:
Избранный
42
6
az.trend.az

10Источники