Niderland millisinin və “Barselona”nın sabiq futbolçusu Patrik Klüyvertin yeni iş yeri müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
49 yaşlı mütəxəssis İndoneziya millisinə baş məşqçilik edəcək.
İndoneziya Futbol Federasiyası Klüyvertlə 2+2 illik müqavilə imzalayacaq.
Xatırladaq ki, Klüyvertin son iş yeri Türkiyənin “Adana Demirspor” klubu olub. O, bunadək Kurasao millisini də çalışdırıb.
Klüyvert futbolçu karyerası ərzində isə "Ayaks", "Milan", "Barselona", "Nyukasl", "Valensiya", PSV və "Lill"də çıxış edib.
“Atletiko” idman direktoru ilə yollarını ayırıb
Türkiyə Kubokunda həyəcan başlayır: İlk həftənin oyun cədvəli
Acun Ilıcalının ittihamlarına "Qalatasaray"dan cavab
"Arsenal" italyan hücumçu ilə maraqlanır
Acun Ilıcalı: “Qalatasaray” liqada açıq-aşkar irəli çəkilir"