RU

Sane İngiltərəyə qayıda bilər

"Bayern"in hücumçusu Leroy Sane "Mançester Siti"yə qayıda bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

Məlumata görə, "Mançester Siti" gələn yay "Bayern" ilə müqaviləsi başa çatacaq 28 yaşlı futbolçunu geri qaytarmaqda maraqlıdır.

Xatırladaq ki, Sane 2020-ci ildə "Mançester Siti"dən "Bayern"ə keçmişdi. Almanın transferi Münxen komandasına 49 milyon avroya başa gəlib.

Bu mövsüm cinah oyunçusu bütün yarışlarda 19 matçda iştirak edib, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.

Избранный
34
50
operativmm.az

10Источники