Azərbaycanın internet bazarında “Google Chrome” brauzerinin payı ötən ilin dekabr ayında 78.07 faiz təşkil edib.
Valyuta.az xəbər verir ki, ötən ilin əvvəli ilə müqayisədə “Google Chrome” brauzerinin payı 0.35 faiz azalıb.
Digər brauzerlərin ölkədəki bazar payına gəlincə, hesabat dövründə, “Safari” internet brauzerinin payı 10.48 faiz səviyyəsində qalıb (0.08 faiz artım). “Samsung Internet” brauzerinin payı 3.7 faiz təşkil edib (1.06 faiz azalma).
“Opera” brauzerinin payı isə qeyd edilən dövrdə 0,11 faiz azalaraq 2.87 faiz təşkil edib.
Maya Hüseynova