Yanvarın 1-də BRİKS qrupuna sədrlik edən Braziliya hökuməti İndoneziyanın bloka tamhüquqlu üzv kimi qoşulacağını açıqlayıb.
Oxu24.com xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Braziliya hökuməti bu gün, yanvarın 6-da İndoneziya Respublikasının BRİKS-ə tamhüquqlu üzv kimi rəsmi daxil olduğunu elan edib”, - bəyanatda deyilir.
Qrup liderləri 2023-cü ilin avqustunda Yohannesburq sammitində İndoneziyanın namizədliyini təsdiqləyiblər. Eyni zamanda, üzvlükdən əvvəl bu ölkədə prezident seçkiləri və yeni hökumətin formalaşdırılması olub.
Miri