Bəs belə mənzərənin yaranmasının səbəbi nədi? “Football-plus.az” bu sualı təcrübəli mütəxəssis Aslan Kərimova ünvanladı:
“Təbii ki, bütün klublar həlledici mövqelərə legioner almağa çalışırlar. Bu üzdən hər komandanın hücumunda oynayan futbolçuların hamısı legionerdi. Burada təəccüblü nəsə yoxdu. Təbii ki, yerli oyunçular da olmalıdı. Ramil Şeydayevin, Musa Qurbanlının bombardirlər siyahısında adını görmüşük. Əsas heyətdə oynamırsansa, bombardir olmaq şansın azalır. Məşqlərlə bunu düzəltmək mümkün olmur. UEFA-nın müxtəlif seminarlarında müzakirə olunan məsələdi. Bir tək Azərbaycana xas olan əlamət deyil. Dünyanın ən yaxşı hücumçuları Cənubi Amerikadandı. Halbuki dünyada ən yaxşı məşqçi məktəbi Avropadadı. Belədə təzad yaranır. Deyə bilməzsən ki, öyrətmək baxımdan çatışmazlıqlar var. Fakt ondan ibarətdi ki, yaxşı futbolçular Cənubi Amerikadan çıxır. Sanki Cənubi Amerikada qol vurmaqdan həzz alırlar. Orda bir neçə nəfəri aldadıb qol vurmaq prioritet sayılır. Avropada isə daha çox ötürmə, kombinasiya ilə oynamaq və topu bir-biri ilə paylaşmaq dəb olduğuna görə qol vurmaq hissiyyatını məşq elətdirmək yaxşı alınmayıb. Azərbaycanla müqayisə etməyə dəyməz. Bizdə bütün mövqeylərdə çatışmazlıqlar var. Sənin yerinə daha yaxşı legioner gətirəcəklərsə, oynamaq şansın yoxdu. Ancaq sən məşq etməklə performansını yüksəldə bilməzsən. Gərək meydanda mübarizə aparasan. Sənin meydanda şansın qalmır. Bombardirlik baxımdan yerli oyunçularımız qıraqda qalır. Bu uzun məsələdi. İlk dəfə deyil ki, yerli oyunçular bombardirlər siyahısında yoxdu”.
ƏSƏD SEYİDOV