RU

“Qarabağ” Kamara uğrunda mübarizədə “Sivasspor”u yenə bilsə... – o kimdi?

Qazaxıstan mətbuatının məlumatına görə, “Qarabağ” “Astana”nın futbolçusu Usman Kamarayla güclənəcək.

Maraqlıdı ki, futbolçuyla “Sivasspor” da maraqlanır. “Transfermarkt” portalı onun Türkiyə klubuna keçidini 55, “köhlən atlar”la anlaşmaq ehtimalını isə 38 faizlə dəyərləndirir.

Hər halda, ağdamlıların heyətini kimlərlə gücləndirmək istədiyi daim oxucularımızın diqqət mərkəzindədi. Bunu nəzərə alıb, Kamara ilə bağlı vacib məlumatları təqdim etməyi lazım bildik.

“Football-plus.az” xəbər verir ki, Usman Qvineya “Atoqa”sının yetirməsidi. O, karyerası ərzində “Eskilstuna Siti” (İsveç), “Volerenqa” (Norveç), “Dila” və “Dinamo” (hər ikisi Gürcüstan) kimi klubların şərəfini qoruyub. Qazaxıstan “Astana”sı ötən ilin yanvarında Tbilisi təmsilçisinə ümumilikdə 800 min avro ödəməklə heyətinə qatıb. İndi ağdamlılar 26 yaşlı müdafiəçi üçün 900 min avro təklif edir. Oyunçu həm sağ, həm də sol cinahda effektiv çıxış etmək gücündədi.

“Transfermarkt”a görə, qvineyalının bazar dəyəri 700 min avrodu. Həm də milli üzvü olan futbolçu yeni mövsümdə “Astana”nın heyətində Konfrans Liqası çərçivəsində keçirdiyi 10 oyunda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Hər halda, indi Qazaxıstan premyer-liqasında mövsümlərarası fasilədi. Onun ötən mövsüm bütün turnirlər üzrə meydana çıxdığı 34 matçda 7 qol, 8 məhsuldar ötürmə müəllifi olduğunu da qeyd edək.

KƏNAN BAHADIR

Избранный
34
football-plus.az

1Источники