RU

ABŞ Suriya ilə bağlı sanksiyalara güzəştlər tətbiq edib

Bakı. Trend:

ABŞ Maliyyə Nazirliyi enerji resursları, Suriya hakimiyyətorqanları ilə əlaqəli əməliyyatlar və bu ölkənin Mərkəzi Bankıvasitəsilə pul köçürmələrini sanksiyalardan azad edib.

Trend xəbər verirki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı baş lisenziyada qeydedilib.

Sənədə əsasən, daha əvvəl qəbul edilmiş prezident fərmanları iləqadağan edilən əməliyyatlara 7 iyul 2025-ci il Şərq Sahil vaxtı iləsaat 12:01-ə qədər icazə verilir. Güzəştlər 8 dekabr 2024-cü ildənetibarən qüvvəyə minib və Suriyada dövlət qurumları iləəməliyyatları, eləcə də neft, neft məhsulları, təbii qaz vəelektrik enerjisi də daxil olmaqla enerji resurslarının Suriyayasatışını, tədarükünü, saxlanmasını və ya bağışlanmasını əhatəedir.

Bununla yanaşı, Suriya Mərkəzi Bankı vasitəsilə qeyri-kommersiyaməqsədli şəxsi pul köçürmələrinin emalı da bu lisenziyaçərçivəsində mümkün olacaq. Bu qərar ABŞ-ın Suriyaya dairsiyasətində müvəqqəti dəyişiklik kimi qiymətləndirilir.

Избранный
46
az.trend.az

1Источники