RU

İslam İnkişaf Bankı inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını ödəmək üçün qlobal iqlim maliyyələşməsini artırmağa çağırır (ÖZƏL)

Bakı. Trend:

İslam İnkişaf Bankı inkişaf etməkdə olan ölkələrin ehtiyaclarınıödəmək üçün qlobal iqlim maliyyələşməsində əhəmiyətli artımlaraçağırır.

Bunu İslam İnkişaf Bankı Qrupunun (IsDB) sədri Məhəmməd SüleymanƏl-Cəssir Trend-əözəl müsahibəsində bildirib.

2024-cü ilin noyabr ayında Bakıda keçirilmiş COP29-unnəticələrindən danışan sədr İslam İnkişaf Bankının bu tədbirdəkiiştirakının əhəmiyyətli və faydalı olduğunu vurğulayıb.

“Bizim iştirakımız bir sıra sessiyalara və yüksək səviyyəligörüşlərə aktiv şəkildə qoşulmaqla yadda qaldı. Ötən bir neçə ildəolduğu kimi, İsDB Qrupun pavilyonunun qurulması, həmçinin, bizimMDB pavilyonunda birgə iştirakımız, Qrupun geniş iqlimtəşəbbüslərini və strateji planlarını nümayiş etdirmək üçün birplatforma kimi xidmət göstərdi. Bu səylər iqlim dəyişikliyi iləmübarizəyə olan sarsılmaz öhdəliyimizi, yenidənistiqamətləndirilmiş strateji yönümüzlə uyğunluğumuzu və BMT-ninDavamlı İnkişaf Məqsədlərinə uyğun şəkildə dayanıqlı inkişafa nailolmağa bağlılığımızı vurğulayır.

COP29-un diqqət çəkmək istədiyim əsas nəticələrindən biri iqlimmaliyyələşmənin kritik vacibliyidir. Bu ələlxüsus İslam İnkişafBankı Qrupunun iştirakçı ölkələr üçün maliyyə imkanlarınınartırılması məqsədinə uyğun gələn “Bakı Maliyyə Məqsədi” təşəbbüsüsayəsində xüsusi nəzərə çarpır. Bu məqsəd Azərbaycanın sədrliyialtında keçən COP prosesi çərçivəsində əlavə dəstək qazanıb.

COP29 sədrliyi Bakı Maliyyə Məqsədi vasitəsilə bütün maraqlanantərəfləri inkişaf etməkdə olan ölkələrdə iqlim maliyyəsininehtiyaclarına illik 1.3 trilyon dollar vəsaitin ayrılması üzərindəişləməyə çağırıb. Daha dəqiq desək, BFG inkişaf etməkdə olanölkələrə dəstək üçün inkişaf etmiş ölkələri 2035-ci ilə kimi hər ilazı 300 milyard dolların vəsaitin mobilizasiyasına yönləndirir;əsas diqqət daha az inkişaf etmiş ölkələrə və kiçik ada tipliinkişaf eməkdə olan dövlətlərə ayrılır”, - deyə Əl Cəssirbildirib.

İslam İnkişaf Bankı Qrupunun sədri qeyd edib ki, inkişaf etmişölkələrin hər il 300 milyard dollar səfərbər etmək öhdəliyi irəliyədoğru atılmış vacib addım olsa da, hələ ki inkişaf etmiş ölkələrinsəsləndirdiyi maliyyə ehtiyaclarına və gözləntilərinə əhəmiyyətlidərəcədə uyğun gəlmir.

"2030-cu ilə qədər 5.1-dən 6,8 trilyon ABŞ dollarına qədərməbləğdə olması nəzərdə tutulan Milli səviyyədə Müəyyən EdilmişTöhfələrlə (NDC) bağlı olan qiymətləndirilmiş tələblərdən göründüyükimi, iqlim problemlərinin miqyası maliyyələşməyə daha təşəbbüskaryanaşmanın vacibliyini vurğulayır. Buna görə də biz maraqlıtərəfləri mövcud boşluqları aradan qaldırmaq və inkişaf etməkdəolan ölkələrin təxirəsalınmaz ehtiyaclarını ödəmək üçün qlobaliqlim təşəbbüslərinin maliyyələşmə həcmlərini əhəmiyyətli dərəcədəartırmağa can atmağa səsləyirik", - deyə Əl Cəssir əlavə edib.

Əl-Cəssirin sözlərinə görə, iqlim dəyişikliyinin adaptasiyasınaqoyulan investisiyaların artırılmasına və dayanıqlılığınyüksəldilməsinə olan zərurət bu sahələrə yönəlmiş iqlimmaliyyələşdirmə öhdəliklərinin əhəmiyyətli bir hissəsini əksetdirir.

“Arayış üçün deyim ki, COP27-in keçirildiyi andan etibarən İslamİnkişaf Bankı Qrupu kritiki vacib iqlim layihələrinə 5,5 milyardadollardan çox vəsaitin ayrılmasını təsdiqləyib; həmin vəsaitin 47faizi iqlim dəyişikliklərinə adaptasiyaya ayrılıb.

Bizim Paris sazişinə sadiqliyimizin əksəriyyəti Qlobal Cənubutəmsil edən üzv ölkələrin ədalətli və bərabərhüquqlu keçidinintəmin olunmasına fokuslanmış fəaliyyətimizin və stratejihədəflərimizdə özünü büruzə verir. Bununla əlaqədar İslam İnkişafBankı Qrupu COP29 sədrliyinin on dörd təşəbbüsündən yeddisinidəstəkləyib, o cümlədən, Azərbaycanın aşağıdakı məsələlərlə bağlıbəyannamələrini təsdiq edib: COP29-da atəşkəs çağırışı, qlobalenerji saxlama və şəbəkələr üzrə öhdəliklər, COP29-un "yaşıl"rəqəmsal təşəbbüslər barədə bəyannaməsi, COP29-un dayanıqlı vəsağlam şəhərlər üçün çoxsektorlu hərəkətləri barədə bəyannaməsi vəiqlim təşəbbüsləri üçün COP29-un su ilə bağlı bəyannaməsi.

İqlim problemlərinin həlli üçün birgə yanaşmaların vətərəfdaşlığın zəruriliyi Azərbaycanın və iqlim dəyişikliyindənciddi zərər çəkmiş digər üzv ölkələrin dəstəklənməsi məqsədilətərəfdaşlar və çoxtərəfli inkişaf bankları ilə yüksək səviyyəlidialoqlarda və paralel tədbirlərdə iştirakımızda öz əksini tapır, ocümlədən, 2030-cu ilə qədər aşağı və orta gəlirli ölkələr üçüniqlim maliyyəsi üzrə 120 milyard ABŞ dolları ayıran çoxtərəfliinkişaf bankları ilə birgə elan etdiyimiz bəyanatımızda bu, yeralır", — deyə o qeyd edib.

COP29-da imzalanmış sazişlər

Əl-Cəssir əlavə edib ki, “Qız Qalası" su anbarından magistralsuvarma kanalının inşası” layihəsi üzrə agent sazişi, “AzərbaycanRespublikası hökuməti və İslam İnkişaf Bankı arasında "Qız Qalası"su anbarından magistral suvarma kanalının inşası" layihəsi üzrətexniki yardım (qrantın) layihəsi üzrə Çərçivə Sazişi birgəhədəflərin tərəqqisində və iqlim dəyişikliyinə qarşı mübarizədəböyük əhəmiyyət kəsb edir.

“Konkret olaraq "Qız Qalası" su anbarından magistral suvarmkanalının inşası layihəsi regionda su resurslarının idarəolunmasının yaxşılaşdırılması və kənd təsərrüfatı məhsuldarlığınınartırılması baxımından çox böyük əhəmiyyət kəsb edir. Bu, ərzaqtəhlükəsizliyinin yaxşılaşdırılması və kənd təsərrüfatınındayanıqlı ikişafı məqsədlərinə uyğun gəlir ki, bu da öz növbəsindəiqlim dəyişikliklərinə adaptasiyanın vacib aspektlərindən hesabolunur.

Həmçinin, qrantın ayrılması ilə bağlı Saziş bizim bilgimübadiləsi və potensial artımı öhdəliklərimizə olan sadiqliyimmizivurğulayır. Biz üzv-ölkələrimiz arasında texniki əməkdaşlığavasitəçilik etməklə iqlim dəyişikliklərinə adaptasiya və dayanıqlıinkişafa nail olmaq üçün ən yaxşı praktikaları və innovativ həllərimübadilə edə bilərik”, - deyə o bildirib.

İslam İnkişaf Bankının iqlim maliyyəsinin artırılmasıüzrə öhdəlikləri

İslam İnkişaf Bankı Qrupunun sədri bildirib ki, COP29-daçoxtərəfli inkişaf etmiş bankları (MDB ) iqlim dəyişikliyi iləmübarizəyə 2030-cu ilə qədər illik olaraq 170 milyard dollarməbləğində yatırımların qoyulmasına dair proqnozlarını elanediblər. Onun 120 milyardı aşağı və orta gəlirli ölkələrəayrılacaq.

“COP29-da qəbul olunmuş birgə bəyanat çərçivəsində, İslam İnkişafBankı ambisiyalı iqlim nəticələrini dəstəkləmək məqsədilə bir sırakonkret tədbirlərin görülməsini öhdəsinə götürüb. İslam İnkişafBankı olaraq biz qarşımıza ümumi maliyyəmizin 35 faizini 2025-ciilə nəzərdə tutulan iqlim layihələrinə ayırmaq kimi ambisiyalıməqsəd qoymuşuq.

Həmin vəsaitin əhəmiyyətli hissəsi adaptasiyaya və dayanıqlılığayönləndiriləcək. 2023-cü ildə Bankın təsdiqlədiyi layihələrin ümumivəsaitinin 46 faizi məhz iqlim təşəbbüslərinə yönəlmişdi, bu isə öznövbəsində bizim aşağı karbonlu və iqlimlə bağlı dayanıqlılayihələrə sadiqliyimizi nümayiş etdirir. Biz suverenəməliyyatlarımızı Paris sazişinin hədəfləri ilə taməlaqələndirmişik və bu zaman bizim maliyyə axınlarımızınaşağıkarbonlu və klimatik dayanıqlı inkişaf yolunu dəstəkləməsinitəmin etmişik”, - deyə Əl-Cəssir bildirib.

İqlim dəyişikliyinə qarşı mübarizədə İslam bankçılığıprinsiplərindən istifadə

Əl-Cəssir qeyd edib ki, İslam maliyyəşməsi iqlim dəyişikliyi iləmübarizədə və dayanıqlı inkişafa dəstəkdə həlledici roloynayır.

“Buna maliyyə əməliyyatlarının borc verən və borcalan arasındarisklərin ortaq məsuliyyətini nəzərdə tutan risklərin bölgüsümexanizmi vasitəsilə nail olunur. Bundan savayı, islam maliyyəsi nəayrı-ayrı fərdlərə, nə də bütövlükdə cəmiyyətə hər hansı zərərvurmayan halal fəaliyyətlərin dəstəkləməsinə yönəlik etikinvestisiyalara xüsusi diqqət ayırır. Həmçinin, vacib aspektlərdənbiri də sosial rifahın yaxşılaşmasına və iqtisadi ədalətə yönəlmişsosial ədalət prinsipidir ki, bu da öz növbəsində yoxsulluğun vəsosial bərabərsizliyin ixtisarına xidmət edir”, - deyə ovurğulayıb.

X: @Lyaman_Zeyn

Избранный
33
az.trend.az

1Источники