Şimali Koreya yeni hipersəs raketini sınaqdan keçirib.
Reyting.az xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Məlumatda deyilir: “Yeni ballistik raketin hipersəs sürüşmə başlığı Pxenyan yaxınlığındakı sınaq meydançasından şimal-şərq istiqamətinə, 99,8 kilometr yüksəklikdə səsdən 12 dəfə yüksək sürətlə buraxıldı və 1500 kilometr məsafədəki ekvatoriyada göstərilən su sahəsini dəqiq vurdu”.