RU

"Vergi güzəştlərinin genişləndirilməsi iqtisadi artıma təkan verə bilər'" - Elşad Məmmədov

İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov QHT.az- a açıqlamasında Vergi Məcəlləsinə ediləcək dəyişikliklər və onların iqtisadiyyatın inkişafına təsiri barədə fikirlərini bildirib. Professor vurğulayıb ki, fiskal yükün yüngülləşdirilməsi mexanizmləri çərçivəsində işgüzar fəallığa təkan vermək mümkündür:

"Hesab edirəm ki, Vergi Məcəlləsinə müvafiq dəyişikliklər vasitəsilə fiskal yükün yüngülləşdirilməsi mexanizmləri çərçivəsində iqtisadiyyata işgüzar fəallığa təkan verilməlidir. Bu istiqamətdə işlər davam etdirilməlidir. Çünki bu, son nəticədə iqtisadi artıma xidmət göstərməlidir."

Elşad Məmmədov qeyd edib ki, fiskal siyasətin yumşaldılması və vergi güzəştlərinin genişləndirilməsi iqtisadi artıma mühüm impuls verə bilər. Bu addım vətəndaşların sahibkarlıq fəaliyyətinə və işgüzar fəallığa olan marağını artıraraq iqtisadi inkişafın daha sürətli təmin edilməsinə şərait yaradacaq. Professor xüsusilə prioritet iqtisadi sahələrdə vergi yükünün azaldılmasını məqsədəuyğun və vacib hesab edir:

"Beləliklə, biz fiskal siyasətin stimullaşdırılması çərçivəsində həm iqtisadi artıma, həm də sahibkarlıq fəaliyyətinə təkan verə bilərik. Vergi güzəştlərinin sistemli şəkildə genişləndirilməsi zəruri addımlardan biridir."

Professorun fikrincə, bu islahatlar həm milli iqtisadiyyatın inkişafını sürətləndirəcək, həm də vətəndaşların rifahına müsbət təsir göstərəcək.

 

Pərvanə Fərhadqızı

 

Избранный
45
qht.az

1Источники