RU

Vircil van Deyk: “Hər şey daha pis ola bilərdi”

“Liverpul”un kapitanı Vircil van Deyk İngiltərə Premyer Liqasının 20-ci turunda “Mançester Yunayted”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, niderlandlı mərkəz müdafiəçisi ev oyununda qeydə alınmış heç-heçə (2:2) barədə bunları söyləyib:

“Özümüzə münasibətdə tamamilə dürüst olsaq, hər şey daha pis ola bilərdi. Sonda onların böyük fürsəti vardı və işlər indikindən qat-qat pis ola bilərdi. Öz meydanımızda xal itirdiyimiz üçün məyusam, amma bu, belədir. Biz irəli getməliyik və bunu da edəcəyik”, deyə Vircil van Deyk vurğulayıb.

“Mançester Yunayted”in və İrlandiya millisinin keçmiş yarımmüdafiəçisi Roy Kin də “qırmızı şeytanlar”ın “Enfild”də “Liverpul”la heç-heçəsi haqda fikrini bildirib:

“Mançester Yunayted” meydana çıxdı. Azacıq həvəs göstərdilər. Bu yaxınlarda “Mançester Siti” ilə oyunda da (2:1) bunu etmişdilər. Ancaq bununla belə, bunun dəlili odur ki, yalnız “Mançester Yunayted”in oyununa nə vaxt gələcəyinizi seçə bilməzsiniz”, deyə Kin “qırmızı şeytanlar”ın hələ də sabit ardıcıllığının olmamasına eyham vurub.

“Mançester Yunayted”in digər keçmiş müdafiəçisi Qari Nevill də bu oyunla bağlı fikrini bildirib:

“Bu, Ruben Amorimin rəhbərliyi altında bütün mövsümdə ən yaxşı səmərə idi, çünki komanda bütün il ərzində liqanın ən yaxşı komandası ilə qarşılaşmaq üçün “Enfil”də gəlmişdi. Bu, çətin günlər keçirən “Mançester Siti” üzərində qazanlmış qələbəni (2:1) üstələyir. Çünki həmin oyunda bəxtləri gətirdi ki, qalib gəldilər. Amma “Liverpul”la oyunda onlar əla idilər, qələbələrinə tam layiq idilər – üzr istəyirəm, amma mən bunu belə hiss edirəm”, deyə Nevill məmnunluqla bildirib.

Избранный
47
50
arena.az

10Источники