RU

Bitcoin-in qiyməti 102 min dolları keçib

Bitcoin-in qiyməti 102 min dolları keçib.

Marja.az xəbər verir ki,  Bitcoin-in qiyməti 102 714 dollara yüksəldikdən sonra, 0,17 faiz artımla 101 902 dollardan ticarət olunur.

CryptosRus-un qurucusu George Tung, qiymət artımını Wall Street-in mənfəət götürməsi, vergilər və portfellərin yenidən balanslaşdırılmasından sonra bazarda artan həvəslə əlaqələndirib. O, bu ayın sonunda and içəcək prezident Donald Tramp-ın gözlənilən kriptovalyuta siyasətinin müsbət təsirini də vurğulayıb.

Bitcoin-in qiymətinin 2025-ci ildə yeni zirvələrə çatacağını söyləyən Tung, "Hər dövrədə Bitcoin-in bəzən 30 faizə qədər bahalaşdığını və ya ucuzlaşdığını görürük. İndiyə qədər sakit bir dövr idi, lakin daha çox volatillik və konsolidasiya nöqtələri gözlənilir" deyib.

 

Избранный
60
marja.az

1Источники