RU

ABŞ sanksiyaları götürməsə, Suriya fəlakətlə üzləşəcək -"Reuters"

Suriyanın yeni hakim administrasiyası aylarla yetəcək qədər buğda və yanacaq ehtiyatı toplamağa nail olub. Lakin sanksiyalar dondurulmasa və ya tezliklə aradan qaldırılmasa, ölkə fəlakətlə üzləşəcək.

Bunu Suriyanın ticarət naziri Maher Xəlil əl-Həssan Reuters agentliyinə bildirib.

"Körfəz ərəb dövlətləri də daxil olmaqla, bir çox ölkələrin əməkdaşlıq istəməsinə baxmayaraq, Suriya ABŞ-ın sərt sanksiyaları səbəbindən yanacaq, buğda və digər əsas malların idxalı ilə bağlı sövdələşmələri təmin edə bilməyib",- nazir Reuters-ə açıqlamasında gileylənib.

Nəşr xatırladıb ki, əvvəllər, Suriyanın keçmiş prezidenti Bəşər Əsədin hakimiyyəti dövründə ölkəyə yanacaq və buğda kimi strateji malların əsas tədarükçüləri Rusiya və İran olub.  Amma rejim dəyişikliyindən sonra tədarüklər dayandırılıb.

Tural

Избранный
29
news365.az

1Источники