RU

Tanışına özünü vəzifəli şəxs kimi təqdim edən şəxsə hökm oxundu

Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Tahir Məlikovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 3 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib.


İttiham aktına əsasən, Tahir Məlikov tanışı, zərərçəkmiş Səlimə Məmmədovaya (şərti) özünü vəzifəli şəxs kimi təqdim edib.


Belə ki, zərərçəkmişin oğlu yol-nəqliyyat hadisəsi törədib. Tahir də həmin şəxsin vurduğu piyadanı 2400 manat pul verməklə razı salacağını və hadisəni törədən şəxsi məsuliyyətdən azad etdirəcəyini yalandan vəd verib. Təqsirləndirilən şəxs 2022-ci ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsi Sülh küçəsində yerləşən “Murad” marketin qarşısında Səlimə Məmmədovadan 2400 manat pulu alıb. Sonra o, verdiyi vədə əməl etməyib.

 

Kamal Məmmədov 

Tarix: 7 Yanvar 2025, 09:52   
Избранный
39
pravda.az

1Источники