Danimarka kralı Frederik X Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı mübahisəli bəyanatları fonunda kral gerbini dəyişib.
Editor.az “The Guardian”a istinadən xəbər verir ki, bəzi tarixçilər bu qərardan şoka düşüblər. 500 il ərzində gerblərdə üç tac var idi – Danimarka, Norveç və İsveç arasında Kalmar İttifaqının simvolu. Yeni versiyada onlar Qrenlandiya və Farer adalarını simvolizə edən qütb ayısı və qoç təsvirləri ilə əvəz edilib.
Kral Evi qərarı “birliyin nüfuzunu gücləndirmək” kimi izah edərək, üç tacın dəyişdirilməsini “artıq aktual deyil” şəklində izah edib.
//Samir Qurbanov, Editor.az