RU

Ekranlara dönür - FOTO

Türkiyənin məşhur aktyoru Oktay Kaynarca uzun aradan sonra yenidən seriala çəkilir. 

News365.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Eşkiya dünyaya hükümdar olmaz” serialından sonra “Kim milyoner olmak ister?” proqramına aparıcılıq edən aktyor iddialı serialla ekranlara qayıdır. 

Belə ki, Kaynarca “Ev hapsi” serialında baş rolu canlandıracaq. O, həm də prodüseri olduğu serialda korrupsiya və rüşvət iddiaları ilə ev dustaqlığında olan Aziz Saygını canlandıracaq.

Ssenari müəllifi Ercan Mehmet Erdemin yazdığı serial 8 bölüm olaraq “GAİN” platformasında yayımlanacaq.

Hadisələrin İstanbulda cərəyan edəcəyi serialda Oktay Kaynarca ilə yanaşı, Rojda Demirer, Kadriye Kenter, Hakan Boyav, İpek Çiçek, Hakan Karsak və başqaları da var.



Избранный
51
3
news365.az

4Источники