Çin Xalq Respublikasının sədri Si Cinpin bildirib ki, güclü zəlzələ baş verən Tibet Muxtar Bölgəsində sakinlərin xilas edilməsi və onlara yardım göstərilməsi üçün maksimum səy göstərilməlidir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
"İnsanların axtarışı və xilas edilməsi və zərərçəkənlərə tibbi yardımın göstərilməsi üçün səylər göstərilməlidir", - Çin lideri bildirib.
Si Cinpinin sözlərinə görə, Çin səlahiyyətliləri ikinci dərəcəli fövqəladə vəziyyətə səbəb ola biləcək riskləri aradan qaldırmalıdır. O, həmçinin təxliyə edilənlər və zərərçəkənlər üçün optimal şəraitin təmin edilməsinə çağırıb.
Seysmoloqlar Tibetdə baş verən 6,8 bal gücündə zəlzələdən sonra 49 yeraltı təkan qeydə alıblar.