RU

ABŞ-ın maliyyə naziri Çini Rusiyaya görə hədələyib

ABŞ-ın maliyyə naziri Canet Yellen Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini He Lifenq ilə virtual görüş keçirib...

Poliqon xəbər verir ki, o, Pekini Rusiyaya kömək etməyin nəticələri ilə hədələyib.

"O, Çində yerləşən şirkətlərin Rusiyanın Ukraynaya qarşı müharibəsinə maddi dəstək göstərsələr, onların üzləşəcəkləri ciddi nəticələrə diqqət çəkib", deyə nazirliyin press-relizində bildirilir.

Bundan əlavə, xanım Yellen Çin hökumətinin maliyyələşdirdiyi qurumların kiberməkanda zərərli fəaliyyətindən narahatlığını ifadə edib. O, həmçinin Çinin qeyri-bazar siyasətlərinə qarşı çıxıb.

Noyabr ayında Bloomberg G7 və Avropa İttifaqının Çinə qarşı məhdudlaşdırıcı tədbirlər, o cümlədən Rusiyaya hərbi yardım göstərmək planları barədə məlumat vermişdi. Çin nəşri şərh edərkən bildirib ki, Avropa İttifaqı ikili standartlara əl atır.

Poliqon.info

Избранный
67
14
poliqon.info

10Источники