ABŞ-də məhkəmə Trampın hökmünü təxirə salmaqdan imtina etdi
Hakim Xuan Merçan ABŞ-nin seçilmiş prezidenti “Trump Organization”un maliyyə sənədlərinin saxtalaşdırılması işi üzrə yanvarın 10-na təyin edilmiş hökmü təxirə salmaqdan imtina edib. Yeniavaz.com xəbər verir ki, bu barədə Nyu-York Ali Məhkəməsinin elektron məlumat bazasında dərc edilmiş sənədlərdə bildirilib. “Təqsirləndirilən şəxsin yanvarın 10-na təyin edilmiş hökmü də daxil olmaqla, prosesin dayandırılması barədə vəsatəti rədd edilir”, - sənəddə qeyd edilib. Merçan məhkəmənin müttəhimin arqumentlərini nəzərdən keçirdiyini və bu arqumentlərin əsasən onun əvvəllər dəfələrlə gətirdiyi arqumentləri təkrarladığını bildirib.