RU

Azərbaycan növbəti dəfə öz prinsipiallığını qorudu- ÖZƏL

"Prezident İlham Əliyevin AZTV-yə müsahibəsində xüsusi bir məqam Rusiyaya yönələn prinsipial fikirləri dövlət başçımızın Azərbaycanın maraqlarını qətiyyətlə müdafiə etməsi oldu. Prezident Azərbaycanın Qərb və Rusiya ilə əməkdaşlıqda maraqlı olduğunu, lakin özünün milli mənafelərini heç bir halda güzəştə getməyəcəyini bir daha bəyan etdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Dövlət başçısının AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra Rusiya tərəfinin bu hadisə ilə əlaqədar səsləndirdiyi iddialara kəskin cavabı da xüsusi qeyd olunmalıdır. Azərbaycan Prezidentinin həmin fikirləri dünya mediasında da geniş işıqlandırıldı. 
Məlum olduğu kimi, Rusiya tərəfi artıq təyyarə qəzasına görə öz səhvini etiraf etdi və ölkənin Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə zəng edərək üzrxahlıq etdi. Qeyd etməliyik ki, bütün bu proses və nəticə Prezident İlham Əliyevin qətiyyətli prinsipiallığı nəticəsində baş verdi.
İlk gündən Prezident İlham Əliyev bu məsələyə çox operativ reaksiya verdi, Rusiyaya səfərindən geri döndü, müşavirə keçirərək komissiya yaratdı və bütün zəruri addımları atdı. Azərbaycan sona kimi öz mövqeyini qəti şəkildə ortaya qoydu və Rusiya tərəfi də anladı ki, Azərbaycandan üzr istəməkdən başqa yol yoxdur. Çünki bu, sadə bir məsələ deyildi və bütün dünyada çox geniş bir formada müzakirə olunurdu. Beləliklə, Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan növbəti dəfə öz prinsipiallığını qorudu və məqsədinə nail oldu. Yəni Azərbaycanın istəyi də bundan ibarət idi ki, Rusiya tərəfi bu faciənin baş verməsinə görə təəssüflənsin və üzrxahlıq etsin. Artıq Azərbaycan məqsədinə nail oldu və bu, Prezidentin rəhbərliyi altında Azərbaycanın uğuru kimi qiymətləndirməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
33
olaylar.az

1Источники