RU

Leysan Məkkə və Mədinədə ciddi fəsadlara səbəb olub – Video


Aramsız davam edən leysan yağışları Səudiyyə Ərəbistanının Məkkə və Mədinə şəhərlərində ciddi fəsadlar yaradıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, düşən yağıntının miqdarının normadan artıq olması selin yaranmasına və subasmalara səbəb olub.
Sosial şəbəkələrdə yayılan kadrlarda ictimai iaşə obyektlərinin, avtomobillərin və evlərin su altında qaldığı müşahidə olunur.
Qeyd olunur ki, yaranmış vəziyyətlə bağlı sözügedən şəhərlərdə yüksək xəbərdarlıq səviyyəsi elan edilib, bir sıra iş yerləri bağlanıb, təhsil müəssisələri isə distant fəaliyyətə keçib.
Bəzi ərazilərdən insanlar təxliyə edilib.
Избранный
68
yeniavaz.com

1Источники