RU

Fransanın müxalifət lideri qəzaya düşdü

Fransanın sağçı "Milli Birlik" partiyasının parlamentdəki fraksiyasının rəhbəri Marin Le Pen Mayota səfəri zamanı qəzaya düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, səfər zamanı Le Penin də göyərtəsində olduğu barja geri qayıdan digər barja ilə toqquşub. 

İlkin məlumata görə, qəza zamanı Fransa prezidentliyinə keçmiş namizəd xəsarət almasa da, 3 nəfər yaralanıb. 

Qeyd olunub ki, Le Pen Mayot sakinləri ilə görüşmək üçün adaya yollanırmış.

Milli.Az

Избранный
42
5
milli.az

6Источники