RU

"Arteta onun kürəyinə bıçaq sancdığımı dedi" - Pyer-Emerik Obameyanq

"Arsenal"ın sabiq hücumçusu, hazırda "Əl-Kadisiya"nın formasını geyinən Pyer-Emerik Obameyanq "topçular"ın baş məşqçisi Mikel Arteta ilə 2021-ci ildə yaşadığı insidentdən danışıb.

Fanat.Az xəbər verir ki, "The Athletic" onun sözlərini belə çatdırıb:

"Bu, mənim səhvim idi. Mən toplanışa axşam gəlməli olduğum halda, ertəsi gün səhər qayıtmışdım. Anam xəstə olduğu üçün başım qarışıq idi. Gecikəcəyim barədə klubda heç kimə məlumat verməmişdim. Gələn kimi düşərgəyə yollandım. Hər şey qaydasında idi, amma sonra baş məşqçi məni yanına çağırdı və ofisdə qışqırmağa başladı. Arteta mənə kapitanın belə etməli olmadığını, onun kürəyinə bıçaq sancdığımı dedi. Çox əsəbi idim, çünki doğru danışmırdı. O, bilirdi ki, çətin vəziyyətdəyəm. Harada, kimin yanında olduğumdan xəbəri var idi. Açığı, mən Artetadan kömək umurdum. Belə edəcəyini gözləmirdim".

Nihat

Избранный
41
fanat.az

1Источники