“ARB” TV-də yayımlanan “Günü bu gün” verilişində tanınmış prodüser Sayqa Cahid və yazıçı-kulturoloq Aydınxan Əbilov arasında keçən dialoq sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Pravda.az xəbər verir ki, Aydın Xan Əbilov Sayqa Cahidə “Sənin şəxsi həyatın var? Mən bunu təsəvvür edə bilmirəm. Düzdür, gözəl oğlun var, amma sən ancaq karyera ilə məşğulsan. Heç mənim də şəxsi həyatım yoxdur. Biz evə ancaq yatmaq üçün gedirik” deyib.
Sayqa Cahid isə ona “Mən sənin həyatında ən çox arzuladığın qadın obrazıyam, sən nə danışırsan?” cavabını verib.
Aydın Xan Əbilovun “İki od bir yerdə qala bilməz, səninlə ancaq dost ola bilərəm” cavabını da S.Cahid qarşılıqsız qoymayıb: “Mən isə suyam, söndürə bilərəm. Uzaq başı buxarlanıb, yenidən başına töküləcəyəm, qaynatsanız da, əl çəkən deyiləm”.
Aytəkin Qardaşova