Maraqlıdır ki, Tramp hakimiyyəti Rusiya -Ukrayna savaşını bitirə bilərmi?
Mövzu ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli Demokrat.az-a açıqlama verib.
O hesab edir ki, Tramp hakimiyyəti savaşı bitirəcək:
“Savaşın bitməyinə qədər tərəflər son 15 gün ərzində müharibədə toqquşmanın səviyyəsini daha da artıracaqlar. “Kim nə qazandı” prinsipi burada önəmli və keçərli rol oynayır. Bu baxımdan da artan Amerika təzyiqi Rusiya üçün də yolun sonunu gətirə bilər. Ona görə hazırkı durum qənimət savaşına dönüb. Yaxud da Trampın inaqurasiya ərəfəsi əlavə cəhdlərin Ukrayna tərəfindən açılması da bunun bariz sübutudur”.
Leyla
Demokrat.az