RU

Ermənistan Qarabağda doğulan ermənilərə müraciət etdi – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyi Qarabağdan olan şəxslərlə bağlı yeni bir açıqlama yayımlayıb. Nazirlik Qarabağdan olan və 19 sentyabr 2023-cü ildən sonra uşaqları dünyaya gəlmiş ailələrə dövlətin mənzil dəstəyi proqramından yenidən faydalanmaq üçün müraciət etməyi təklif edib.

Açıqlamada qeyd olunur ki, Ermənistan Respublikasında doğulan uşaqların qeydiyyatı ilə bağlı müəyyən islahatlar həyata keçirilib. Nazirliyin paylaşdığı məlumatda müraciətlərin təqdim edilməsi üçün xüsusi link də təqdim olunub.

Nazirliyin açıqladığı məlumatın tam mətni:

"Hörmətli Qarabağdan olan soydaşlarımız, 19 sentyabr 2023-cü ildən sonra doğulmuş uşaqları olan ailələr dövlətin mənzil dəstəyi proqramından yararlanmaq üçün yenidən müraciət edə bilərlər".

Bildirilir ki, Ermənistanda doğulan uşaqların qeydiyyatı ilə bağlı islahatlar həyata keçirilib.

Qeyd edək  ki  müraciətdə  növbəti  dəfə  Arsax  Resublikası  ifadəsi  işlədilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
21
olaylar.az

1Источники