RU

Ötən il Rusiyada hər beş oğurluqdan biri bank hesabından törədilib

Moskva, 7 yanvar, AZƏRTAC

2024-cü ildə Rusiyada demək olar ki, hər beş oğurluqdan biri bank hesabından və ya elektron vəsaitlərlə bağlı olub. Bütün fırıldaqların böyük bir hissəsi (85 faiz) informasiya və telekommunikasiya texnologiyalarından istifadə etməklə və ya kompüter informasiyası sahəsində törədilib. Bunlar nömrələrin saxtalaşdırılması ilə telefon fırıldaqları, internet, elektron ödəniş fırıldaqları və digər kiber fırıldaq növləridir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Bununla yanaşı, idarənin məlumatına görə, 10 il əvvəl bütün cinayətlərin 41 faizini təşkil edən oğurluqların sayı azalmaqda davam edir. 2024-cü ilin 11 ayı ərzində onların sayı 15,1 faiz azalıb ki, bu da bütün cinayətlərin dörddə birini təşkil edir.

Oğurluqların azalması fonunda dələduzluq artmaqda davam edir. Əgər 2014-cü ilin 11 ayında onlar bütün cinayətlərin cəmi 7 faizini təşkil edirdisə, 2024-cü ilin 11 ayında demək olar ki, dörddə birini (23 faiz) təşkil edir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Избранный
58
azertag.az

1Источники