Fransa Müdafiə Nazirliyi Fransada təlim keçmiş bəzi ukraynalı əsgərlərin cəbhəyə getməməsi xəbərinin mətbuatda yer almasından sonra “onlarla” əsgərin fərarilik etdiyini təsdiqləyib.
"Cebheinfo.az" xəbər verir ki, təxminən 3 ildir davam edən Rusiya-Ukrayna müharibəsində bir çox hökumətlər Ukraynaya silah və hərbi təlimlə dəstək verməyə davam edərkən, 2300-ü təlim keçmiş 4500 əsgərdən ibarət Ukrayna briqadasında “problemlər” yaşanıb. Fransada bəzi əsgərlərin fərarilik etməsi ön plana çıxdı.
Fransa Müdafiə Nazirliyinin rəsmisinə əsaslanaraq milli mətbuatın verdiyi xəbərdə “onlarla” əsgərin cəbhəyə getməzdən əvvəl fərarilik etdiyi təsdiqlənib.