RU

Ermənistan prosesi uzatmaqla məşğuldur– ÖZƏL

"Ermənistan-Azərbaycan şərti sərhədində atəşkəs rejiminin pozulması, mövqelərimizin atəşə tutulması gözlənilən hadisələrdir. Dörd ildən artıq müddətdir görməkdəyik ki, Ermənistan bu və ya digər formada prosesləri ləngitməyə, vaxt udmağa çalışır. Xüsusilə də sülh müqaviləsinin əksər maddələrinin razılaşdırıldığı bir vaxtda yerdə qalan iki maddənin həlli ilə bağlı Ermənistan tərəfindən konkret addımların atılmadığını görməkdəyik".

Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:

"Bu hərəkətlər Ermənistanın özünün verdiyi müstəqil qərar deyil. Bu gün Fransa və Aİ-dən verilən tövsiyələr əsasında Ermənistan prosesi uzatmaqla məşğuldur. Paralel olaraq sürətlə silahlanmanı həyata keçirir. Bu təxribatlarla Ermənistan bölgədə guya gərginlik olduğuyla bağlı görüntü yaratmağa çalışır və bunun üzərindən də bölgədə yerləşdirilmiş və vaxtının bitməsinə az qalmış Aİ-nin mülki adlandırılan kəşfiyyatçılarından ibarət missiyasının da burda qalma müddətini artırmağa çalışır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
33
9
olaylar.az

7Источники