RU

Türkiyə Suriyada üzən elektrik stansiyaları quracaq

Bakı.Trend

Qətər və Türkiyə Suriyanı ümumilikdə 800 meqavatt enerjiistehsal gücünə malik olan iki üzən elektrik stansiyası ilə təchizedəcək.

Trend xəbər verirki, bunu Suriyanın Elektrik Enerjisinin Ötürülməsi və Paylanmasıüzrə Baş İdarəsinin baş direktoru Xalid Əbu Dey bildirib.

“Türkiyə və Qətərdən Suriyaya iki üzən elektrik stansiyasıgətiriləcək. Onlar 800 meqavatt elektrik enerjisi istehsaledəcəklər. Bu Suriyanın hazırkı ümumi enerji istehsal gücününyarısına bərabərdir. Bu, vətəndaşların elektrik enerjisi ilətəminatını təxminən 50 faiz artırmağa imkan verəcək”, - deyəqurumun rəsmisi bildirib.

Qeyd edək ki, Suriyada uzun illər davam edən münaqişə iləəlaqədar ölkədə ciddi enerji böhranı yaşanmaqdadır. Ölkənin əksərrayonlarında gün ərzində cəmi 3 saat elektrik verilir. Yeni hökumətiki ay ərzində bu göstəricini gündəlik səkkiz saata çatdırmağıplanlaşdırır.

Məqalədə:
Избранный
44
2
az.trend.az

3Источники