RU

“Neftçi”də ŞOK GEDİŞAT – İki legioner yoxa çıxıb

Qış hazırlığına Bakıda start verən “Neftçi” artıq Qəbələdədir.

Bir neçə gün paytaxtda məşq edən bakılılar toplanışın davamını bölgədə gətirməyi qərara alıb.

Lakin tam tərkibdə yox.

Sportinfo.az xəbər verir ki, “ağ-qaralar”ın Qəbələdəki toplanışında iki legioner iştirak etmir. Bunlar Kilan Lebon və Dembo Darbodur.

Əcnəbilərin düşərgəyə hansı səbəbdən qoşulmadıqlarının səbəbini dəqiq bilməsək də, görünən odur ki, baş məşqçi Samir Abasov əməlli-başlı çətinlik çəkir.

Yalnız Mark Tamaşın ayrılıq xəbəri rəsmən təsdiqləndiyi halda, Lebon və Darbo haqqında məlumat yoxdur.

Çox güman, rəhbərlik sözügedən futbolçularla yolların ayrılması yönündə danışıq aparır.

“Ağ-qaralar” hələ ki, güclənmək yolunda addım atmayıb. Axtarışlar davam edir.

HƏBİB

Избранный
43
sportinfo.az

1Источники