''Football-plus.az'' xəbər verir ki, Buruka ötən il Türkiyədə və xaricdə çəkilmiş şəkillər təqdim olunub. 51 yaşlı mütəxəssisin idman mövzusundakı seçimi diqqət çəkib. Buruk Əli Atmaca tərəfindən çəkilmiş və ''Buruk bakış'' adı verilmiş şəkilə üstünlük verib. Həmin şəkil bu mövsümün ilk dövrəsindəki ''Fənərbaxça'' - ''Qalatasaray'' derbisində (1:3) çəkilib. Şəkildə Buruk ilə Joze Mourinyo məşqçilər üçün ayrılmış zonada dayanıb. Amma Mourinyo diqqətlə meydana baxırsa, Buruk sanki ünlü məşqçiyə tərəf baxaraq gülümsəyir. Bu şəkil həmin derbidən sonra da çox paylaşılmışdı.
Okan Buruk seçimindən sonra bunları deyib:
''Bu şəkil derbidə çəkilib. Təbii ki, bilərəkdən edilməyib. Təsadüfən belə alınıb. Amma mükəmməl şəkildi. Çox səs-küyə səbəb oldu. Bu şəkil bizim üçün uğurlu bitən derbidən gözəl bir xatirə olaraq qaldı''.
ƏLİ