RU

Britaniyada 700-dən çox işçi McDonald's-a qarşı təzyiq iddiası qaldırıb

Böyük Britaniyada 700-dən çox keçmiş və hazırkı McDonald's işçisi fast food şəbəkəsini sağlamlıq ayrı-seçkiliyi, homofobiya, irqçilik və təcavüzdə ittiham edərək məhkəməyə verib...

Poliqon xəbər verir ki, bu barədə “Leigh Day” hüquq firmasının mətbuat xidməti məlumat yayıb. Müraciət edənlərin çoxunun 19 yaşdan aşağı olduğu qeyd edilir. İddialarda 450-dən çox restoranın adı keçir. Hüquqşünaslar müştəriləri üçün kompensasiya əldə etmək niyyətindədirlər.

“Leigh Day” ilə əlaqə saxlayan bir gənc, görmə problemləri və öyrənmə çətinlikləri səbəbindən təqiblərlə üzləşdiyini söyləyib. Bundan əlavə, o, McDonald's menecerlərinin həmkarlarına qarşı irqçilik nümayiş etdirdiyini və bəzi işçilərin cinsi təcavüzə cəhd göstərdiyini iddia edir.

İddiaların fonunda McDonald's üzr istəyib və şirkətdə “təqib, sui-istifadə və ya ayrı-seçkiliyə yer olmadığını” vurğulayıb.

“Biz iddiaları araşdıracağıq və davranış kodeksimizin hər hansı əsaslandırılmış pozuntusu işdən çıxarılma da daxil olmaqla, mümkün olan ən sərt sanksiyalarla qarşılanacaq”, deyə McDonald's-ın Böyük Britaniya və İrlandiya üzrə icraçı direktoru Alistair Makraw deyib.

Poliqon.info

Избранный
25
poliqon.info

1Источники