İstanbul dünyanın ən pis tıxaclara malik şəhərlərinin reytinqinə başçılıq edir...
Poliqon xəbər verir ki, “Inrix”in təhlilinə görə, Türkiyənin 20 milyondan çox əhalisi olan ən böyük şəhəri reytinq cədvəlində Nyu-York, Çikaqo, Mexiko, London və bir sıra digər meqapolisləri geridə qoyub. Tədqiqat 37 ölkənin 900-dən çox şəhərini əhatə edib.
Analitiklərin fikrincə, İstanbulda tıxac vəziyyəti son bir il ərzində 15% pisləşib.
2018-ci ilin eyni reytinqinə görə, İstanbulda sürücülər tıxacda 157 saat, bir il əvvəl isə cəmi 59 saat vaxt keçiriblər.
Xatırladaq ki, keçən il Çikaqo ən pis tıxaclı şəhər reytinqdə lider idi.
Poliqon.info