RU

Makronun maniakal "erməni sevgisi" Fransaya necə zərbələr vurur?

Fransada həqiqətən də paradoksal bir vəziyyət yaranıb. Bu ölkəprezidentinin ritorikasına baxsaq, elə təəssürat yaranır ki,Parisin bütün problemlərinin kökü, səbəbi və habelə, çarəsiBakıdadır.

Fransa prezidenti Emmanuel Makronun ifrat ermpənirərəst,Azərbaycana az qala zooloji antipatiya ("nifrət" kəlməsinin yumşaqhalını yazırıq) bəsləməsi, Parisin İrəvanı az qala bütün sahələrdəvə müstəvilərdə kor-koranə dəstəkləməsi təbii ki, Bakı iləmünasibətlərə mənfi təsirini göstərib.

Belədirsə, ilk baxışdan sadə təsir bağışlayan sual yaranır:Fransa-Azərbaycan əlaqələri ilə münasibətləri niyə bu qədər aşağısəviyyəyə düşdü? Böhranın son həddinə çatmışıqmı, yoxsa qarşıdayeni gərginlik mərhələləri var?

Münasibətlərdəki gərginliyin əsas səbəblərindən biri Fransaprezidentinin şəxsi ambisiyaları və refleksiyalarıdır. BəzənFransanın Azərbaycana qarşı mövqeyindən hansı real fayda əldə etməkistədiyini başa düşmək çətin olur. Amma açıq-aydın görünür ki,islamofobiya, ksenofobiya və erməni lobbisinin təsiri bu siyasətinformalaşmasında mühim rol oynayır.

Fransız siyasətçiləri erməni icmalarının dəstəyini qazanmağaçalışırlar. Bu dəstək onlara həm qısa, həm də uzunmüddətliperspektivdə mühim siyasi resurs kimi xidmət edə bilər.

Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalında olduğuonillərdə Fransanın iqtidardakı və müxalifətdəki siyasətçilərininterrorçu-separatçı xuntanın mövcud olduğu Xankəndiyə mütəmadisəfərlərini xatırlayaq.

Həmin siyasətçilər "erməni maraqlarına yaxınlığı" nümayişetdirməyə çalışırdılar.

Bu kontekstdə Fransa rəhbərliyinin siyasi yetkinlikdən uzaqolması xüsusi qeyd olunmalıdır. Əgər Emmanuel Makronun sələfləri -Jak Şirak, Nikola Sarkozi, Fransua Olland - dövlət strukturlarındazəngin təcrübəyə malik olub strateji və balanslı siyasət yürüdəbilirdilərsə, Makronun öz rolunu şişirtməsi və ölkəni öz şəxsikimliyi ilə eyniləşdirməsi idarəçilikdə böhranlara gətiribçıxarır.

Azərbaycan əslində, Fransa üçün mühim bir daxili siyasi gündəmmövzusuna çevrilib. Fransız siyasətçilərinin Azərbaycana qarşıbəyanat və hərəkətləri müxtəlif siyasi düşərgələri birləşdirən birkonsensus yaradıb. Bu, xüsusilə 2020-ci il 44 günlük QarabağMüharibəsi əsnasında özünü göstərdi. Həmin dövrdə Fransa prezidentidəfələrlə Azərbaycanın azadlıq mübarizəsini dayandırmağa çalışdı.Müharibədən sonra isə Paris "Dağlıq Qarabağ"ı tanımaqlahədələyirdi. Buna cavab olaraq, Bakı qəti şəkildə bildirdi ki, beləbir tanınma Azərbaycanla diplomatik əlaqələrin qırılması ilənəticələnəcək. Bu qərarlı mövqe mövzunu gündəmdən çıxardı.

Xatırladaq ki, Azərbaycan-Fransa münasibətləri tarixən həmyüksəlişlər, həm də enişlər yaşayıb. Hazırkı Fransızhakimiyyətindən əvvəlki dövrdə ölkələr arasında sıx və məhsuldarəməkdaşlıq mövcud idi: siyasi, iqtisadi və mədəni əlaqələr aktivşəkildə inkişaf edirdi, çoxsaylı tədbirlər keçirilirdi. Fransanın13 şəhəri Azərbaycan şəhərləri ilə qardaşlaşmışdı. Fəqət EmmanuelMakron və onun dəstəsi bu möhkəm təməli dağıdıb.

Azərbaycan Prezidenti İlham Əliyev dünən yerli televiziyakanallarına verdiyi müsahibəsində belə dedi: "Bir çoxları vəzənnimcə, hakim zümrənin rəhbərləri 2020-ci ildə bizim Qələbəmiziözlərinin məğlubiyyəti kimi qəbul etdilər. Hərçənd belə düşünməküçün heç bir əsas yox idi. Amma nədənsə, siz də dediyiniz kimi,bunu məhz belə şəxsi planda qəbul edirdilər. Mən bunu həm dəfransız nümayəndələri ilə öz ünsiyyət təcrübəm əsasında deyirəm.Halbuki mən həmişə onlara izah etməyə çalışırdım ki, bunun sizinləheç bir əlaqəsi yoxdur. Biz prinsip etibarilə sizə qarşı deyilik vəheç bir şey etməmişik. Siz bizim üzərimizə gəldiniz. 44 günlükmüharibə zamanı xatırlamıram ki, neçə dəfə - altı və ya yeddi dəfəazadlıq mübarizəmizi dayandırmaq cəhdləri ilə bağlı Fransaprezidentindən mənə zənglər daxil olurdu. Sonra təhdid cəhdləri,“Dağlıq Qarabağ”ı tanımaqla bağlı təhdidlər. Münasibətlərimizinartıq ən aşağı səviyyəyə düşdüyü indiki məqamda bu barədə deyəbilərəm, amma mən cavab verdim ki, 2020-ci ilin noyabrından sonraqondarma “Dağlıq Qarabağ”ı tanıyan istənilən ölkə bizdən diplomatikmünasibətlərin kəsilməsinə dair nota alacaq. Mənim cavabım məhzbundan ibarət idi. Qondarma “Dağlıq Qarabağ”ın tanınması mövzusudərhal gündəlikdən çıxdı. Onlar, necə deyərlər, başqa yollagetdilər, senat, parlament üzərindən tanıdılar, sonra uzun müddətözlərinə bəraət qazandırdılar ki, hakimiyyətin bununla heç birəlaqəsi yoxdur. Ümumilikdə, necə deyərlər, köhnə tarixçədir. Onagörə də ikinci - şəxsi amil ola bilər, hərçənd mənim siyasətdə heçvaxt rəğbət və ya qeyri-rəğbətim olmayıb. Mən düşündüklərimi həmişəözümdə saxlamışam və heç vaxt mənfi münasibətimi ona layiq olanlaragöstərmək istəməmişəm. Zənnimcə, burada daha bir amil fransızrəhbərliyinin siyasi cəhətdən səriştəsiz olmasıdır".

Mövcud böhrana baxmayaraq, Azərbaycan dialoqa hazır olduğunudəfələrlə bəyan edib. Son aylarda Fransa hökumətinin nümayəndələriüç-dörd dəfə əlaqələrin qurulması ilə bağlı təkliflər irəlisürüblər. Bakının cavabı dəyişməz olub: biz danışıqlara hazırıq,lakin yalnız öz ərazimizdə. Hər dəfə razılıq verdikdən sonra isəParis tərəfinin səssiz qalması Fransız diplomatiyasının stratejiyanaşmadan məhrum olduğunu göstərir.

Azərbaycan-Fransa münasibətlərinin dərin böhran içində olduğudanılmazdır. Lakin Azərbaycan bu əlaqələrin bərpasına maneəyaratmır. Əksinə, dialoq üçün qapılar açıqdır. Bununla belə, Fransaöz yanaşmasını yenidən nəzərdən keçirməli və qərəzsiz tərəfdaşmövqeyi sərgiləməlidir. Azərbaycanın mövqeyi aydındır: hər hansıdanışıqlar yalnız Bakıda aparılacaq və tərəflər arasında qarşılıqlıhörmət prinsipi əsas götürüləcəkdir.

Bu günlərdə Fransanın diplomatik kanallarından yenidənAzərbaycana müraciət daxil oldu – məsələlərin müzakirəsi ilə bağlıtəklif irəli sürüldü.

Rəsmi Bakının cavabı dəyişməz idi: "Biz hazırıq”.

Azərbaycanın Fransaya qarşı hər hansı iddiası yoxdur, ammamövqeyimiz qətidir: bizi narahat etməsinlər və Cənubi Qafqazınişlərinə qarışmasınlar. Bu, rəsmi Bakının prinsipial mövqeyidir vəonu aydın şəkildə bəyan edir. Fransa isə region işlərinə müdaxiləedərək hər dəfə uğursuzluğa düçar olur. Bunun çoxlu sübutları var:Afrikada yaşadığı iflas artıq bütün dünyaya məlumdur, eyni ssenariCənubi Qafqazda da təkrarlanır.

Bu gün Fransanın Azərbaycandakı mövcudluğu demək olar ki, sıfıraenib. Bunun istisnası yalnız uzunmüddətli müqavilələr əsasındafəaliyyət göstərən bir neçə şirkətdir. Bakı öhdəliklərinə həmişəsadiqdir və siyasəti biznesə qarışdırmır. Fransız şirkətlərinin özhökumətlərinin siyasətinə görə məsuliyyət daşımadığını başa düşürükvə onların hüquqlarına hörmət edirik.

Gürcüstanda sabitliyi pozmağa yönəlmiş təxribat cəhdləri artıqaçıq şəkildə və diplomatiyadan uzaq formada aparılır. Bu, Fransakimi zəngin diplomatik ənənələri olan bir ölkə üçün qeyri-adihaldır. Ermənistan üzərində tam nəzarət isə başqa bir gerçəklikdir,lakin bu nəzarət Fransaya uzunmüddətli dividendlərgətirməyəcək.

Fransanın siyasi arenası isə rəhbərliyinin qeyri-adekvatyanaşmalarını açıq şəkildə nümayiş etdirir. Dünən prezidentEmmanuel Makronun Azərbaycana qarşı səsləndirdiyi əsassızittihamlar onun Azərbaycanla bağlı “manyak” münasibətinin növbətisübutudur. Elə təəssürat yaranır ki, Makron Azərbaycanın adınıçəkmədən siyasi səhnədə var ola bilmir. Əgər biz, Makronunfikrincə, Fransanın daxili işlərinə təsir edəcək qədər güclüyüksə,bu, ittiham yox, qürur mənbəyi olmalıdır.

Ancaq belə bəyanatlar Fransanın rəhbərliyinin acizliyini birdaha vurğulayır. Özünü “böyük” adlandıran bir ölkə, onunprezidentinin fikrincə, uzaq bir regionda - Cənubi Qafqazdayerləşən, 10 milyonluq əhalisi olan bir ölkənin təsiri altındadır.Halbuki Azərbaycan nə zamansa Fransanın daxili işlərinə müdaxiləetməyib və etmək niyyətində də deyil. Bu, tamamilə Makronun səhv vəqeyri-adekvat siyasətinin nəticəsidir.

Regionda Fransanın ən yaxın müttəfiqi olan Ermənistan buvəziyyətə ciddi yanaşmalıdır. Dünya dəyişir və "sorosçular" dövrübaşa çatır. ABŞ-də Sorosun ruhunda idarə edilən siyasət artıq arxaplana keçir. Bayden administrasiyasının Soroşa ABŞ-nin ən yüksəkmükafatını təqdim etməsi isə bu epoxanın yaxınlaşan sonunuvurğulayır.

Ermənistanın həmçinin, Yaxın Şərqdəki diktatura rejimlərininaqibətini nəzərə alması vacibdir. Onun müttəfiqi olan Suriya lideriBəşər Əsəd rejimi tarix səhnəsindən silinmək üzrədir və bu prosesdavam edəcək. Bu şərtlərdə Ermənistan doğru seçim etməlidir.Azərbaycan heç vaxt onun üçün təhlükə mənbəyi olmayıb. Biz CənubiQafqazda sülh, sabitlik və əməkdaşlıq istəyirik. Bununla belə, özmilli maraqlarımıza qarşı maneələri qəbul etməyəcəyimizi də aydınşəkildə bildiririk.

Emmanuel Makronun daha bir "diqqət obyekti" olan Zəngəzurdəhlizinə gəldikdə isə o, mütləq açılmalıdır və açılacaq da.

Ermənistan bunu nə qədər tez başa düşsə, hamı üçün bir o qədəryaxşı olar. Bu, kiminsə istək və arzularına bağlı məsələ deyil, 10noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda açıq şəkildə qeydolunan öhdəliklərin yerinə yetirilməsidir. Artıq dörd ildən çoxdurki, Azərbaycan bu məsələnin danışıqlar yolu ilə həll olunmasınıgözləyir. Amma daha nə qədər gözləməliyik? Niyə biz NaxçıvanaAzərbaycanın ayrılmaz tərkib hissəsinə, dolayısıyla getməliyik?

Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın əsas hissələri arasındabirbaşa əlaqənin yaradılması Ermənistanın suverenliyinə heç birzərbə vurmur. Biz yalnız razılaşmaların yerinə yetirilməsini tələbedirik. Ermənistanın bu məsələni görməzdən gəlmək hüququ yoxdur.Səbirli olsaq da, bu səbrin də sərhədləri var. Artıq aydın şəkildəbildirmişik ki, Ermənistan bizi təhrik etməməlidir. Regionda əsassöz sahibi Azərbaycanın olduğunu dərk etməlidirlər.

Ermənistanın hazırda apardığı silahlanma siyasəti bölgədəsabitlik üçün yeni təhdid yaradır. Azərbaycan isə yenə dəmüşahidəçi qalmayacaq. Biz Ermənistan rəhbərliyini dəfələrləxəbərdar etmişik ki, bu siyasət yeni gərginliklərə səbəb ola bilər.Bu gün Azərbaycanın dövlət büdcəsinin böyük bir hissəsitəhlükəsizlik və hərbi xərclərə yönəldilib. 2024-cü il üçünbüdcədən 8,4 milyard manat bu sahəyə ayrılıb.

Azərbaycan hər zaman sülh istəyib və istəyir. Amma bu sülhədalət və beynəlxalq öhdəliklərə hörmət üzərində qurulmalıdır.Ermənistan bu reallıqları qəbul etməli və səhvlərini düzəltməlidir.Əks halda, onun üçün nəticələr ağır ola bilər. Cənubi Qafqaz sülhvə sabitlik regionu olmalı, münaqişələr və təxribatların meydanıolmamalıdır.

Regionda silahlanma yarışını Ermənistan yox, onun himayədarlarıqızışdırır. Ermənistan bir çox silah növlərini ya pulsuz, ya dasonradan silinən kreditlər vasitəsilə alır. Xüsusilə, Avropaİttifaqının “Sülh Fondu” adı altında fəaliyyət göstərən mexanizmfaktiki olaraq silahlanmanın maliyyələşdirilməsinə xidmət edir. Bufondun əsl məqsədi sülhü təmin etmək olsa da, resursları münaqişəalovlandırmaq üçün istifadə olunur.

Bundan əlavə, ötən ilin aprelində yaradılan Ermənistan, ABŞ vəAvropa İttifaqı arasında üçtərəfli əməkdaşlıq platforması da ciddinarahatlıq doğurur. Baxmayaraq ki, formal olaraq bu platformadanhərbi komponent çıxarılıb, əslində onun təsiri hələ də mövcuddur.Bu yanaşma ABŞ və Avropa Komissiyasını Azərbaycan və Ermənistanarasında normallaşma prosesində ədalətli vasitəçi rolundanuzaqlaşdırır.

Azərbaycan sülhə can atır və müharibə səhifəsini çevirməkistəyir. Lakin Ermənistan və onun himayədarları revanşistəhval-ruhiyyəni üstün tuturlar. Ermənistan hələ də region üçüntəhlükə mənbəyidir. Onun tarixən faşizm ideologiyasına əsaslanansiyasəti ölkənin ilk üç liderinin fəaliyyətində öz əksinitapmışdır. Bu liderlər etnik təmizləmələri və millətçiliyi açıqşəkildə təbliğ etmişdilər.

Faşizm ideologiyası bu gün Ermənistan cəmiyyətində, həmmüxalifətdə, həm də hakimiyyətdə yaşamağa davam edir. Bu təhdidigörməzlikdən gəlmək mümkün deyil. Faşizm məhv edilməlidir. Əgərbunu Ermənistan rəhbərliyi etməsə, Azərbaycan bu məsələyə müdaxiləetmək məcburiyyətində qalacaq.

Ermənistan dərhal silahlanmanı dayandırmalıdır. Fransadan vədigər ölkələrdən silah tədarükü dayandırılmalı, artıq alınmışsilahlar geri qaytarılmalıdır. Bu, Azərbaycanın əsas şərtidir vəonun yerinə yetirilməsi regionda sülhün təmin edilməsi üçünzəruridir. Azərbaycanın sülh müqaviləsi ilə bağlı tələbləri isə həmaydın, həm də ədalətlidir: Minsk qrupunun ləğvi, Ermənistanınkonstitusiyasında dəyişikliklərin edilməsi və regionda sabitliyinreal şəkildə təmin olunması.

Əgər Ermənistan sülh müqaviləsini imzalamağa hazır deyilsə,Azərbaycan bu sənədsiz də öz siyasətini davam etdirə bilər. Rəsmiİrəvan dəyişən geosiyasi reallıqları nəzərə almalıdır. Onun yaxınmüttəfiqləri, o cümlədən Kanadanın baş naziri Castin Trüdonunrəhbərlik etdiyi hökumət və Fransa dünya səhnəsində mövqeləriniardıcıl şəkildə itirirlər.

Azərbaycan sülhə hazırdır, lakin bu sülh ədalətə, beynəlxalqhüquqa və öhdəliklərə hörmət əsasında qurulmalıdır.

Rəsmi Bakı Ermənistan və onun himayədarlarından gələn yenitəhdidləri qəbul etməyəcək. Cənubi Qafqaz sabitliyin olduğu birregion olmalı, təxribatlar və silahlı münaqişələr meydanıolmamalıdır. Ermənistan keçmişdəki faciəli səhvlərintəkrarlanmasının qarşısını almaq üçün doğru seçim etməlidir.

Azərbaycan Cənubi Qafqazın iqtisadi, hərbi və siyasi baxımdanlider dövləti olaraq qalır. Müasir dünyada güc həlledici roloynayır və bunu unutmaq olmaz.

Ölkəmiz sülh istəyir, lakin bu sülh yalnız beynəlxalqöhdəliklərə hörmət və ədalət üzərində qurula bilər. Millimaraqlarımıza mane olmaq cəhdləri uğursuzluğa məhkumdur. Ermənistanbu reallıqları qəbul etməli və əməkdaşlıq yolunu seçməlidir.

Azərbaycan əməkdaşlığa açıqdır, lakin yalnız bərabərhüquqlu vəqarşılıqlı hörmətə əsaslanan şərtlərlə.

Bakının tələbi dəyişməzdir: Fransa Cənubi Qafqaz işlərinəmüdaxilədən və intriqalardan əl çəkməlidir. Belə siyasət Fransanınbeynəlxalq nüfuzuna zərbə vurur.

Fransa Azərbaycanın suverenliyinə hörmət etməklə, təxribatlarason qoymalıdır. Onun regiona müdaxiləsi, Afrikada yaşadığıuğursuzluqlar kimi, onu yalnız beynəlxalq səhnədə nüfuzdan salır.Azərbaycan-Fransa münasibətlərinin gələcəyi Parisin bu reallıqlarıqəbul edərək konstruktiv dialoqa hazır olub-olmamasından asılıdır.Azərbaycan əməkdaşlığa hazırdır, lakin yalnız bərabərhüquqlu vəqarşılıqlı hörmətə əsaslanan şərtlərlə.

Bu qədər sadə...

Избранный
16
50
az.trend.az

10Источники