ABŞ-ın 47-ci prezidenti seçilən Donald Tramp bir müddətdir ki, Kanada və Qrenlandiyanın ABŞ-a birləşdirilməsi ilə bağlı açıqlamalar verir.
İndex.az xəbər verir ki, Donald Tramp Kanadanın ABŞ-ın 51-ci ştatı olması lazım olduğunu iddia edərkən, bunun hərbi yolla deyil, iqtisadi güclə əldə ediləcəyini bildirib:
“Aramızda süni sərhəd var. Ancaq daha vacib olan maliyyə müdafiəsidir. Biz Kanadanı maliyyə cəhətdən qoruyuruq. Heç ehtiyacımız olmayan məhsulları almaqla onları iqtisadi cəhətdən qoruyuruq. Biz milyardlarla dollar xərcləyirik. Onların maşınlarına ehtiyacımız yoxdur. Bildiyiniz kimi, biz onlardan avtomobil alırıq, baxmayaraq ki, bu avtomobilləri Detroitdə də istehsal edə bilərik. Onlardan taxta alırıq, ona da ehtiyacımız yoxdur. Bizə süd satırlar, südə ehtiyacımız yoxdur. Südümüz çoxdur. Özümüz istehsal edə bilərik. Bəs niyə biz 200 milyard dollardan çox pul xərcləyirik? Kanadanın Baş naziri Castin Trüdodan soruşdum ki, bunlardan əl çəksək nə baş verəcək? Trüdo cavabında Kanadanın dağılacağını dedi”.
Donald Tramp Avropa Birliyi ilə 350 milyard dollarlıq ticarət kəsiri olduğuna da diqqət çəkib və Avropa Birliyi ilə bağlı hərəkətə keçəcəklərini bildirib.