Zaxarova qeyd edib ki, Qərbdə bu müsahibənin səbəbinin Kiyev rejiminin çırpınışları olduğu hər kəsə aydındır və əsas media orqanlarına bu mövzuda lazımi istiqamət verilib.
"Bütün Ukrayna Amerikanın siyasi həyatına bağlıdır. Orada həm təhdidlər, həm şantaj var, həm də diqqət mərkəzində qalmaq cəhdləri. Hər şey bir məqsədə xidmət edir - unudulmasınlar," - deyə Zaxarova öz müəllif proqramında bildirib.
Zelenskinin üç saatlıq müsahibəsi yanvarın 6-da yayımlanıb. Daha əvvəl Zaxarova həmin müsahibəni "neonasizm, terrorizm və narkotik sayıqlamalarının cəhənnəm qarışığı" kimi xarakterizə etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31