RU

AMEA-nın bu institutunun binasının əsaslı təmirinə ayrılan məbləğ məlum olub

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademikY.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun binasındaəsaslı və cari təmir işləri aparılacaq.

Trend-in əldəetdiyi məlumata görə, təmir işləri institutun köməkçi binasında,laboratoriya otaqlarında, eləcə də I və III korpusları birləşdirənotağda həyata keçiriləcək.

Artıq bununla bağlı institut hazırlıq işləriniyekunlaşdırıb.

İnstitut sözügedən işlərin icrasını “Tələt” firmasına həvaləedib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, institutun binasında aparılacaq əsaslı vəcari təmir işləri 171,7 min manata başa gələcək.

Qeyd edək ki, təmir işlərini icra edəcək “Tələt” firması 2008-ciildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olanşirkətin qanuni təmsilçisi Rüstəmov Rafiq Mehman oğludur.

Избранный
19
az.trend.az

1Источники