RU

Bu kənddə fərman imzalandı: xəstələnmək qadağan edildi

İtaliyanın Belkastro kəndində sakinlərə təcili tibbi yardım tələb edən xəstəliklərə yoluxmamaq əmri verilib.

Publika.az xəbər verir ki, İtaliyanın ən yoxsul bölgələrindən birində yerləşən kəndin meri Antonio Torşia bununla bağlı fərman imzalayıb.

Torşia bu qərarın yumoristik xarakter daşıdığını, lakin bölgədəki səhiyyə sistemindəki çatışmazlıqları vurğulamaq çağırışlarından daha təsirli olduğunu deyib.

Kənddə yaşayan 1200 nəfərin təxminən yarısının 65 yaşdan yuxarı olduğunu deyən mer ən yaxın təcili yardım xidmətinin kənddən 45 kilometr aralıda olduğunu qeyd edib:

"Köməyə ehtiyacınız varsa, təcili yardım xidmət ilə xəstəxanaya çatmaq istəsəniz, gedəcəyinz yollar demək olar ki, hər hansı bir xəstəlikdən daha böyük risk daşıyır”.

Избранный
46
publika.az

1Источники