“Neftçi”nin futbolçusu Emin Mahmudov Qəbələdə keçirilən təlim-məşq toplanışını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi klubun mətbuat xidmətinə açıqlamasında belə deyib:
“Zədəmin bərpa prosesi bir qədər uzun çəkdi. Elə bilirdim ki, 1-2 həftədən sonra komanda ilə məşqlərə başlayacam. Ancaq bəzi problemlər üzə çıxdı. Çalışacam ki, formamı bərpa edim və komandama kömək olum. Məşqlərə təzə başlamışıq. Hazırda daha çox fiziki məşqlər olur. Çalışırıq ki, bunu yerinə yetirək. Çünki ilk dövrədə fiziki baxımdan problemlərimiz vardı. Bunun qarşısını almaq üçün əlimizdən gələni edəcəyik. İnşallah, mövsümün ikinci yarısında fiziki baxımdan daha yaxşı təsir bağışlayacayıq”.
Mahmudov yanvarın 19-da Misli Premyer Liqasının 19-cu turu çərçivəsində “Sabah”la oyun haqda fikirlərini bölüşüb: “Sabah”la oyunumuza 2 həftə qalıb. Fiziki və taktiki baxımdan hazırlıqları davam etdiririk. Kubok oyunlarımız olduğu üçün ikinci yarıda daha yaxşı çıxış etməliyik. Ümid edirəm ki, yaxşı nəticələr olacaq”.
Qeyd edək ki, “Neftçi” yanvarın 12-dək Qəbələdə hazırlıq keçəcək.